Şahzadə xanımının son görüntüləri olay oldu - VİDEO

22 Dekabr 2023 16:37 (UTC+04:00)

Şahzadə Harrinin həyat yoldaşı Meqan Markl yenə gündəm yaradıb. SİA xarici mediaya istinadən xəbər verir ki, Britaniya kral ailəsindən ayrılaraq özlərinə yeni həyat quran Şahzadə Harri və Meqan Marklın maliyyə çətinlikləri ilə bağlı xəbərləri yayılmaqda davam edir.

Məlum olub ki, kral ailəsinə gəlin gəlməzdən əvvəl filmlərdə rol alan aktrisa yeni bir reklam çarxında çəkilib. Lakin o, baş rolda deyil, arxa fonda qəhvə hazırlayarkən və kompüterdə işləyərkən görüntülənib. Onun bu kadrları sosial mediada müzakirələrə səbəb olub.