Buraxılış siniflərinin nəticələri təhlil edilib

22 Dekabr 2023 14:49 (UTC+04:00)

Paytaxtın ümumi təhsil müəssisələrinin IX siniflərində keçirilmiş buraxılış imtahanlarının keyfiyyət təhlilləri aparılıb. Təhlillərin nəticələri barədə məlumatların aidiyyəti üzrə ötürülməsi həyata keçirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən SİA-ya bildirilib ki, keyfiyyət təhlillərinin əsas məqsədi buraxılış imtahanlarında şagirdlərin nailiyyətlərini müəyyən etmək, problemləri vaxtında aşkarlamaq və bununla bağlı dəstək proqramlarının həyata keçirilməsini təmin etməkdən ibarətdir.