46 məktəbdə operativ monitorinqlər keçirilib

22 Dekabr 2023 11:04 (UTC+04:00)

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 46 ümumi təhsil müəssisəsində operativ monitorinqlər həyata keçirilib. İdarədən SİA-ya verilən məlumata görə, monitorinqlər təhsil müəssisələrində sağlamlıq, təhlükəsizlik və nizam-intizam, tədris-pedaqoji və digər sənədlərlə işin təşkili, metodiki işin təşkili, inzibati heyətin fəaliyyət istiqamətlərini əhatə edib.

35 meyar əsasında aparılan monitorinqlərin keçirilməsində əsas məqsəd təhsilin keyfiyyətli təşkilini təmin etməkdən ibarətdir.