Ana olmağa hazırlaşan aktrisa yeni fotosunu təqdim edib

22 Dekabr 2023 07:13 (UTC+04:00)

Qız övladını dünyaya gətirməyə hazırlaşan Eda Ece sosial media hesabında çəkdirdiyi fotonu izləyicilərinə təqdim edib. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, "Yasak Elma” serialındakı Yıldız obrazı ilə adından söz etdirən Eda Ece son aylarda basketbolçu sevgilisi Buğrahan Tuncerlə ailə həyatı qurub.

Aktrisa körpə gözlədiyini açıqlayıb. Qız uşağı gözləyən və hamiləliyini ekran qarşısında keçirməyə üstünlük verən Ece sosial şəbəkədə növbəti paylaşım edib.

Həmin fotonu təqdim edirik: