Mələkxanım Eyubovaya ağır itki üz verib

22 Dekabr 2023 02:45 (UTC+04:00)

Xalq artist Mələkxanım Eyubovanın qardaşı, müğənni Ramal İsrafilovun xanəndə atası Əliyaqub bəy vəfat edib. SİA xəbər verir ki, bu barədə Mələkxanım Eyubova sosial şəbəkədə paylaşım edib: "Böyük kədər hissi ilə bildirirəm ki, bu gün mən ata əvəzi, böyük qardaşım, elimizin-obamızın tanınmış xanəndəsi Əliyaqubu itirdim. Allah rəhmət eləsin. Torpağı nurla dolsun".