Türkan Vəlizadə yenə maraqlı açıqlamalarla gündəmə gəlib

22 Dekabr 2023 01:41 (UTC+04:00)

Müğənni Türkan Vəlizadə maraqlı açıqlama verib. SİA xəbər verir ki, müğənni verilişlərdən birində heç bir vaxt plastik əməliyyat etdirmədiyini deyib.

“Üz baxımlarını sevmirəm. Şou-biznesdə yeganə müğənniyəm ki, plastik əməliyyat etdirməmişəm. Özüm haqda yazılan şərhlərdə oxuyuram ki, “Bəsdir də əməliyyat etdirdin”.

Onlara demək istəyirəm ki, nə üzümdə, nə bədənimdə əməliyyat yoxdur. Bütün orqanlarım yerindədir”, - Türkan vurğulayıb.