“Geri çəkilməyə məcbur olacağıq...”

22 Dekabr 2023 00:01 (UTC+04:00)

...Ukrayna Müdafiə Qüvvələri Avdeevkadan geri çəkilməli olacaqlar. Bu şəhərin ərazisində rus işğalçıları irəliləyirlər. ...Onların Avdeevka bölgəsində o qədər mühüm irəliləyişləri var ki... Açığını deyim. Mən dünən oradakı uşaqlarla danışdım. Düşünürəm ki, bizim Avdeevkadan geri çəkilmək məcburiyyətində qalacağımız ehtimaldan qat-qat yüksəkdir. ...Nəinki onu saxlamaqdan.

SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bunu “Aydar” batalyonunun keçmiş komandiri Yevgeni Dikiy Radio NV-də deyib. Onun sözlərinə görə, Ukrayna ordusunun çıxarılması yaxın həftə yarım ərzində baş verə bilər.

...Çox güman ki, biz Avdeevkadan çıxmağa yeni ildən əvvəl qərar verməli olacağıq.

Bunu deyən ukraynalı hərbçi, rusların digər sahələrdə də az da olsa irəliləyiş əldə etdiyini, məsələn, Verbovoy-Robotino bölgəsində hələ də “yelləncək” olduğunu qeyd edib.

...Xerson vilayətinin sol sahilini biz ümumiyyətlə müdafiə etmirik, lakin hələ də hücumdayıq... Onlar üçün bizim bu körpü başlığımızı götürmək o qədər vacibdir ki, məncə, Avdeevkadakı bütün qüvvələri orada cəmləyəcəklər,

Bunu da Yevgeni Dikiy bildirib.

Bu arada Avdeevka şəhər hərbi administrasiyasının rəhbəri Vitali Barabaş bildirib ki, rus işğalçıları artıq bir neçə aydır ki, fəal şəkildə Avdeevkanı ələ keçirməyə çalışırlar və daim yeni-yeni müddətlər elan etsələr də, lakin hələ də buna nail ola bilmirlər.

Xatırladaq ki, media Rusiya prezidenti Vladimir Putinin ordusuna “ili cəbhədə qələbələrlə başlamaq” üçün ilin sonuna qədər Avdeevkanı tutmağı əmr etdiyini bildirmişdi.

Ağasəf Babayev