“Biz səhnədə fərdi insan xarakterləri yaradırıq, özümüzü yaratmırıq" - XALQ ARTİSTİ İLƏ MÜSAHİBƏ

21 Dekabr 2023 17:29 (UTC+04:00)

Azərbaycan Respublikasının xalq artisti Səidə Quliyevanın SİA-ya müsahibəsini təqdim edirik:

- Son günlər yeni gənc aktyorlar ekranlarda səhnə alırlar. Sizcə onlarda əsas istedad yoxsa maddi maraqlar önə çəkilir?

Əgər səhnəyə çıxan aktyor, aktrisa varsa aydın məsələdi o, səhnəyə çıxıbsa deməli onun istedadı var. Amma onun istedadının nə dərəcədə olduğunu, oynadığı rolu tamaşaçı qəbul etməlidir. Əgər yaxşı oynayırsa deməli onun işi davamlı olacaq. Əgər tamaşaçı onu qəbul eləmirsə bir-iki rolla kifayətlənəcək, gələcəkdə rejissorlar da ona iş verməyəcək. Yəni istedad mütləqdir, istedad üstəgəl zəhmət. Bu iki şey aktyorun xüsusiyyətinin birinci ən böyük amalıdır. Əgər bu ikisi varsa deməli o istedadlı insandır onu tamaşaçı qəbul edəcək.

- Aktyor və aktrisalar işində ön plana çıxmaq üçün nələrə diqqət etməlidir?

Ön plana çıxmaq onun istedadının dərəcəsidir. Əgər istedadı yüksəkdirsə, istədi ,istəmədi bütün səhnə , kino fəaliyyətində bir rol ilə də tamaşaçını cəlb eləmək olar. Daha sonra ardıcıl rejissorlar tərəfindən aldığı rolu yenə deyirəm istedadı varsa, zəhmətdə onun üstünə gəlir. Aktyor gələcəkdə rolları oynaya-oynaya püxtələşəcək, ətrafında olan aktyorlardan öyrənərək daim biliyini, dünya görüşünü artırmalıdır. Daim aktyora lazım olan fərdi xüsusiyyətlərdə varki, müşahidə, fantaziyadır və bunları onların üstünə gəlməkdən mütləq irəli gedə bilər. Tamaşaçıya qəbul olunmalısan, tamaşaçının ürəyində özünə yer, sevgi tapmalısan oda sənin oyun tərzindən ibarətdir. Bəsit oyun tərzi heç zaman tamaşaçının ürəyində sənə yer tapa bilməz. Bir müddətdən sonra unudulmazsan.

- Sizcə aktyor təhsili uğur qazanmaq üçün kifayət edirmi ?

Birinci istedad olmalıdır. İstedad elədir ki, özünün içində fərdi xüsusiyyətləri üzə çıxardır. Bəlkədə həmin istedadlı insan bilmirki onda nə istedad var. İnstitut, universitet nədir?! O sənə istiqamət verir, istedad vermir. Universitet istiqamət verir ki, bunu belə elə və yaxud da eləmə. Aktyor sənətinin terminləri var, necə ki, həkim cərrahiyyə əməliyyata gedəndə hansı alətlərdən istifadə etməyini öyrədirsə , universitetdə elə birşeydir. Bu günləri müəllimlərdən çox şey öyrənmək yaxşıdır ,bizim sənət fərqli sənətdir. Fərqi nədi məsəl üçün ola bilər ki, sən çox kitablar oxuyasan ,ədəbiyyatı, dünya ədəbiyyatını, bizim folklorumuzu öyrənəsən. Amma sənin canında istedad, bacarıq yoxdursa belə bir söz var ki, "Hər oxuyan Molla Pənah Vaqif olmaz". Əlbəttə çalışqanlıq, mütaliə və əlbəttəki ətrafındakı insanlara baxış onlardan öyrənmək vacibdir. Biz səhnədə fərdi insan xarakterləri yaradırıq, özümüzü yaratmırıq. Daim müşahidə olmalıdır .Elə aktyorlar var ki, ali təhsil almayıblar ama dəhşət dərəcədə istedadlı insandırlar.

- Niyə Azərbaycan seriallarına baxış sayısı azdır ?

Mən çıxışlarımda çalışıram bir-iki cümlə ilə deyim. Çünki bu elə bir yaradır ki, onu kökündən təmizləmək lazımdır. Bu gün Azərbaycan seriallarının içində yaxşı seriallarda var. Məsələn Xəzər Tv-də “ Xəyanət “ Atv-də “ Yuxu kimi “ serialı gedir. Bu mənim çox xoşuma gəlir. Vaxtı ilə özümdə “ Aramızda qalsın ” serialına çəkilmişəm. Çox xoşuma gəlirdi işim. Danmaq olmaz ki, tamamilə yoxdur, tamamilə üstündən xətt çəkək. “Azərbaycanda serial çəkə bilmirlər “ demək olmaz. Türk seriallarının hamısı yaxşıdır? Şəxsən bu günləri çəkilən 100 türk seriallarından bir-ikisi yaxşıdı. Onlar çox maliyyə buraxırlar və vicdan ilə işləyirlər. Bizdə maliyyə yüksək olsa, bizdə də yaxşı seriallar çəkmək olar. Deyirlər “ Çörəyi ver çörəkçiyə, birinidə üstəlik" bu fəlsəfəni dərindən fikirləşirlər. İstedadlı insanlara şərait yaratmaq, maddi tərəfdən kömək etmək lazımdı. Qoy çəkilməsin Azərbaycanda 10-20 dənə seriallar, çəkilsin 5 dənə. Çünki biz serial məkanına təzə-təzə addım atırıq. Bəlkə də gələcəkdə düzələcək, ümidimi üzmürəm. Amma yaxşısı da var, tamamən kökündən qırıb tökmək olmaz. Gənclərimiz baxmır-baxmasın bu böyük bir qəbahət deyil. Mənimdə qohumlarım , tanışlarım var onlar da baxmırlar, niyə ? Çünki işi çoxdur. Mən şəxsən 2-3 üç ildi türk seriallarına baxıram , çünki işim azdır. Əvvəllər işim çox idi, çəkilirdim yəni çəkiliş meydançalarında olurdum , evə gəlirdim istirahət edirdim .Mən baxa bilmirdim , bunu qəbahət saymayın. Gəncləri maraqlandıran maraqlardan maraqlanın. İşdən gəlir yorğun , özüylə , uşağıyla məşğul olur ona görə baxmır. Türklərdə “ Yalı Çapkını “ deyilən bir serial var. Ona bütün dünya baxır. Vaxt tapıb baxır əgər evdə vaxtı yoxdursa , yolda gedir telefonda baxır. İndi texnologiya yüksək dərəcədədir, yəni onu maraqlandıran birşey olsun. İnsanı maraqlandırmayan birşey varsa , o, baxmayacaq ona. Onu maraqlandırmaq lazımdır. Siz məsələni belə qoyun “ Niyə bəsit seriallar çəkilir ? Niyə Azərbaycan mentalitetine uyğun olmayan seriallar çəkilir . İnsanlarımız bu gün nə gündədilər , mədəni zövqlərini korlayan şeylər var. Niyə buna imkan verirlər ? Bu gün Atv kanalında gedənlər , adamın əti tökülən birşey var. Çox qəribədir ki, orada iştirak edən aktyorların , 99% -100% faizi istedadlıdır. Sadəcə yazan, rejissor ,yoxdu. Bilmirəm nə yoxdu. O qədər istedadlı insanlara rast gəlirəm və fikirləşirəm bu yaxşı rejissorun əlinə düşsəydi buna yaxşı bir film çəkərdi , baş rol oynayardı. Nə qədər dodağı, üzü şişirdilmiş aktrisalar var. Allahın verdiyi o gözəlliklərdən məhrum edilər bizi , bu ikrah yaradır.

-Səidə xanım , aldığınız qonorarlardan razısınızmı?

Xeyr, razı deyiləm. Şəxsən məni qane etməyəndə mən çəkilmirəm. Elə rejissorlar var ki, mənim onların istedadına şəxsiyyətinə hörmətim var və mən orda pulsuzda çəkilə bilərəm. Taley Yüzbəyov, Əlixan Rəcəbovun çəkdiyi filmlərdə rol alanda mən zövq alıram. Pul hamıya lazımdı zəhmətimin müqabilini istəyirəm. Amma bu işdə görürəmki uşaqlar istedadlıdır, mən onlara kömək elədim. 2 dəfə Əlixanda da ,Talehdə də çəkilmişəm və çox cüzi qonorar almışam. Amma mən həyatımda heyfslənmirəm ki, niyə çəkildim. Çünki onlar istedadlı insanlardı və mən onlara kömək elədim. Azərbaycanda mənə şəxsən verilən qonorardan heç vaxt razı olmamışam.Yəqinki uzun müddətdə razı qalmaram

Sevilin Abbasova