Xankəndi stadionunda çıxış edən ilk müğənni oldu

21 Dekabr 2023 15:59 (UTC+04:00)

Müğənni Mərdan Kazımov Xankəndidə çıxış edən ilk müğənni olub. SİA xəbər verir ki, sənətçi bu gün Xankəndidə Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində keçirilən “Qarabağ”- MOİK oyunundan əvvəl çıxış edib.

Müğənni “Azərbaycanım” mahnısını ifa edib.

Xatırladaq ki, Mərdan Kazımov Xalq artisti Mələkxanım Eyyubovnın bloger qızı Nəzrin Nəcəfova ilə nişanlıdır.