Bakı məktəblərində buraxılış fənləri üzrə monitorinq aparılıb

21 Dekabr 2023 15:34 (UTC+04:00)

Bakı Şəhəri üzrə Təhsil İdarəsi III, VI, VII, VIII siniflərdə bir dəfə və IX siniflərdə isə dörd dəfə olmaqla buraxılış fənləri üzrə monitorinqlər aparıb. Bu barədə SİA-ya idarədən məlumat verilib.

Monitorinq nəticələri təhsil müəssisələrinə həm bal, həm də məzmun təhlili olaraq təqdim olunub.

Buraxılış fənləri üzrə keçirilən monitorinqlərin əsas məqsədi proqram materiallarının mənimsənilmə göstəricilərinin müəyyənləşdirilməsindən ibarətdir.