Paytaxt üzrə 125 qrant layihə

21 Dekabr 2023 11:44 (UTC+04:00)

Bakı şəhəri üzrə qalib olan 69 layihənin icrası reallaşdırılıb, 56 layihənin icrasına başlanılıb. BŞTİ-dən SİA-ya verilən məlumata görə, Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsində paytaxt üzrə qalib olan 69 layihənin icrası reallaşdırılıb. Həmçinin VII qrant müsabiqəsində 56 layihə qalib olub. Qalib olan layihələrin icrasına başlanılıb.

Layihənin təşkilində məqsəd təhsil müəssisələri və təhsilverənlər arasında sağlam rəqabətin və innovativ fəaliyyətin stimullaşdırılmasından ibarətdir.