STEAM layihəsi 210 məktəbdə tətbiq edilir

21 Dekabr 2023 10:55 (UTC+04:00)

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 210 ümumi təhsil məktəbində STEAM layihəsi tətbiq edilir. İdarədən SİA-ya bildirilib ki, Elm və Təhsil Nazirliyi tərəfindən reallaşdırılan layihənin məqsədi inkişaf etmiş ölkələrdə müasir çağırışlar əsasında həyata keçirilən təhsil yeniliklərinin ölkəmizdə tətbiqi imkanlarının öyrənilməsi və tədrisindən ibarətdir.