Dünən də vurub hakimin burnunu qırıblar...

21 Dekabr 2023 00:34 (UTC+04:00)

...Türkiyə futbolu son zamanlar deyəsən qaydasız döyüş meydanına çevrilməkdədir.

Qeyd edim ki, bunu SİA özündən demir, artıq xarici saytlar da bu barədə yazmaqdadırlar. Budur, onlardan “sveji” olanlardan biri...

Deməli, Bursada 6 futbolçu kütləvi davaya görə oyundan qovulublar. Deyilənlərə görə, kütləvi dava oyunun son dəqiqələrində başlayıb.

Yeri gəlmişkən, Türkiyədə futbol hakimlərinə qarşı hücumların çoxaldığı deyilir. Məsələn, ötən gün Şırnak vilayətində keçirilən son oyunların birində...vurub hakimin burnunu qırıblar.

...Davaya səbəb olmasa da, bir gün əvvəl İstanbulda hakimlə oxşar münaqişə baş verib. Birinci hissədən sonra hakimlikdən narazı qalan klublardan birinin prezidenti futbolçulara meydanı tərk etməyi əmr edib.

...Və ən səs-küylü və ən şiddətli epizod ötən həftə baş verib. Belə ki, Ankarada heç-heçə bitən matçdan sonra yerli klubun rəhbəri meydançaya qaçaraq, hakimi zərbə ilə qazona yıxıb və təpikləməyə başlayıb.

Bundan sonra Türkiyə Futbol Federasiyası bütün liqalardakı oyunları müvəqqəti olaraq təxirə salıb.

Ağasəf Babayev