Kayahanın həyat yoldaşı yenidən ana oldu

20 Dekabr 2023 07:49 (UTC+04:00)

2015-ci ildə xərçəng xəstəliyindən dünyasını dəyişən mərhum türk müğənnisi Kayahanın həyat yoldaşı İpək Açar 14 il aradan sonra yenidən ana olub. SİA Türkiyə mətbuatına əsasən xəbər verir ki, 2019-cu ildə yenidən ailə quran İpək və Alper Kömürcü cütlüyünün oğlu dünyaya gəlib.

Muğlanın Bodrum şəhərində özəl xəstəxanada oğulu Ömər Alpı dünyaya gətirən İpek Açarın Kayahanla evliliyindən 14 yaşında Əsli Könül adlı bir qızı var.