"Adım Farah"ın finalı ilə bağlı dəyişiklik

20 Dekabr 2023 06:11 (UTC+04:00)

"Fox" kanalında yayımlanan "Adım Farah" serialının finalı ilə bağlı qərarda dəyişiklik edilib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, layihə 26-cı bölümdə yox, 27-ci bölümdə izləyicilərinə vida edəcək.

Qeyd edək ki, serialın baş rollarını Demet Özdəmirlə Engin Akyürek canlandırır.