Paytaxt üzrə 54 şagird fərdi təhsilə cəlb olunub

19 Dekabr 2023 16:42 (UTC+04:00)

İl ərzində paytaxt üzrə 54 şagird fərdi təhsilə cəlb olunub. Bu barədə SİA-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. Bildirilib ki, ümumilikdə BŞTİ-nin tabeliyindəki 175 təhsil müəssisəsində 398 şagird fərdi təhsil alır. Fərdi təhsil müxtəlif səbəblərdən uzun müddət təhsildən kənarda qalmış şəxslərin fərdi qaydada təhsil almalarına şərait yaradır.