Məşhur aktrisaya konsertdə hörmətsizlik edildi

19 Dekabr 2023 12:48 (UTC+04:00)

Məşhur türk aktrisa Nurgül Yeşilçay oğlu Osman ilə Athenanın konsertinə gedib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, yaxşı başlayan gecə xoşagəlməz bitib. Athena qrupunu təbrik etmək üçün konsertdən sonra oğlu ilə birlikdə səhnə arxasına keçən aktrisanı, müğənni Gökhan Özoğuzun onlara olan davranışı narahat edib. Bunu aktrisa "instaqram" sosial şəbəkəsində dilə gətirib: "Gənc bir oğlan bu qrupu çox sevdiyi üçün Gökhanla tanış olmaq istəyir. Onu təbrik etmək üçün səhnə arxasına gedirik! Gökhan bizimlə zarafat edirmiş kimi kobud danışırdı. Gökhan nə qədər xoşagəlməz davransa belə oğlum Hakan da bir o qədər ona yaxşı davranırdı. Heç kimi kiçik hesab etmə. Mən sənə xəbərdarlıq etdim deyə düşünürəm".

Sevilin Abbasova