26 yaşlı türk aktrisa Afra Saraçoğlu itini gəzdirərkən görüntülənib. SİA xarici mətbuata istinadən xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran Afra Saraçoğlu bunları deyib: "İtim Nagi ilə gəzirik. O, fənərbaxçalıdır və heç zaman çempionluq görməyib. Düzü heç mən də onu görə bilməmişəm. İnşallah bu il olacaq".
Afra jurnalistlərin şəxsi həyatı ilə bağlı suallarını cavablandırıb: "İşləyirəm, həyatımı çəkilişlərdə keçirirəm. Həyatımda heç kim yoxdur və çox xoşbəxtəm. Özümlə barışıq insanam".
Aktrisa açıqlamasında deyib: "Mən işləyirəm, bütün diqqətim işə yönəlib. 2023-cü il möhtəşəm il keçdi. Yeni ildə də yalnız iş olmasını arzu edirəm...İşləməliyik".
Bildirək ki, Afra Saraçoğlu ötən ay Mert Ramazan Demirlə Kadıköydə fotosessiyaya çəkilib.
Sevilin Abbasova