Ölkəmizdə ilk dəfə keçirilən “Mədəni irs” forumunun bu gün ikinci günüdür. SİA xəbər verir ki, forum Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirlər çərçivəsində Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilir. Forumun ikinci günündə bir neçə istiqamətdə panel müzakirələri keçiriləcək. Forumun ikinci günü, IV paneldə “Azərbaycanın daşınmaz tarixi mədəni irsinin tədqiqi və mühafizəsi məsələləri”nin müzakirəsi ilə başlayıb.