Viza qurbanları məşhurlar - FOTO

19 Dekabr 2023 10:32 (UTC+04:00)

Vətəndaşlardan sonra sənət dünyasının məşhur adları da yaşadıqları viza probleminə görə Qərb ölkələrinə reaksiya verir. SİA Türkiyə mətbuatına əsasən xəbər verir ki, son viza qurbanı türkiyəli müğənni Cem Belevi olub. Etibarlı “Şengen“ vizası olmasına baxmayaraq Almaniyaya gedən sənətçi hava limanından geri qaytarılıb. Polis məşhur sənətçini bəhanələr söyləyərək getməsinə icazə verməyib. Sənətçinin həmin gün Bremen-İstanbul uçuşu olmadığını əsas gətirərək bir sutkalıq həbs istənilib.

Həbs edilməkdən imtina edən Belevi Hamburqa aparılaraq oradan İstanbula göndərilib. Almaniyaya buraxılmamasına səbəb kimi Beleviyə Fransadan viza verilib. Başqa qurbanlardan biri də Türk müğənni Hande Yener olub. Müğənni konsert üçün gedəcəyi ABŞ-dan viza ala bilməyib. Türk müğənni və aktyor Özcan Dənizin dekabrın 2-də Almaniyaya verəcəyi konsert də komandasının vizalarının gecikməsi səbəbindən təxirə salınıb.

Türk bəstəkar Fazıl Say yaşadığı viza probleminə görə İngiltərəyə qarşı susmayıb.

Sevilin Abbasova