Xalq artisti Rafiq Əzimovun qastrol səfəri zamanı başına iş gəlib

19 Dekabr 2023 04:40 (UTC+04:00)

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru Xalq artisti Rafiq Əzimovun Lənkəranda qastrol səfəri zamanı başına iş gəlib. SİA xəbər verir ki, 85 yaşlı sənətkar “Qarabağnamə” tamaşasının nümayişindən sonra yıxılıb, ayağını zədələyib. R.Əzimov təcili əməliyyat olunub. Hazırda evdədir, vəziyyəti yaxşıdır. Məlumatı teatrın Mətbuat Xidməti təsdiqləyib.