Fransada keçirilən gözəllik müsabiqəsinin tarixində ilk dəfə olaraq qısa saçlı iştirakçı qalib seçilib. SİA xarici mənbələrə istinadən xəbər verir ki, 20 yaşlı Eve Gilles “ Miss France” 2024 titulunu aldıqdan sonra ölkədə gündəmə çevrilib.
Belə ki, Gillesin müsabiqə tarixində bu mükafata layiq görülən ilk " qısa saçlı " qadın olması müsabiqədə "azlıqlar " və "fərqli " qruplara qarşı ayrı-seçkilik edildiyini iddia edən bir çox izləyicinin reaksiyasına səbəb olub.
Sevilin Abbasova