İspaniyalı aktrisadan şok edən etiraf

18 Dekabr 2023 22:03 (UTC+04:00)

İspaniyanın dünya kinosuna gətirdiyi ən önəmli adlardan biri olan Penelopa Kruz karyerasının ilk dövrləri ilə bağlı təəccüblü etiraflar edib. SİA-nın xarici mətbuatdan əldə etdiyi məlumata görə, “Oskar“ mükafatı qazanan yeganə ispaniyalı aktrisa 49 yaşlı Penelope Kruz , ilk filmi " Jamon Jamon "la səs-küy yaradıb. Bu layihədən sonra , ABŞ-dan təklif alan aktrisa Los-Ancelesə yollanıb. Həmin vaxt 20 yaşı olan məşhur aktrisa böyük ümidlərlə getdiyi ABŞ-də aldadıldığını və çılpaq səhnələrdə çəkilməyə məcbur edildiyini etiraf edib. Penelope Cruz prinsiplərinə görə bu layihəyə "yox" dediyini, ona yalan danışıldığı üçün filmi rədd etdiyini bildirib. Kruz həmin gün verdiyi qərarla bağlı danışarkən "Bu hələ də karyeramın ən yaxşı qərarıdır" deyə qeyd edib.

Sevilin Abbasova