''GÖKTÜRK-2'' peyki 11 ildə Yer kürəsi ətrafında 60 min dəfə dövr edib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Milli Müdafiə Nazirliyinin (MSB) rəsmi internet səhifəsində edilən paylaşımda bildirilib.
"11 il əvvəl bu gün kosmosa buraxdığımız ''GÖKTÜRK-2'' peykimiz Yer kürəsinin ətrafında 60 min dəfə dövr edib və görüntülər çəkib",-deyə paylaşımda vurğulanıb.
Paylaşımda ''GÖKTÜRK-2''nin xüsusiyyətləri barədə də məlumat verilib.
Məlumata əsasən, ''GÖKTÜRK-2'' ilə dünyanın istənilən yerindən coğrafi məhdudiyyət olmadan yüksək keyfiyyətli şəkillər çəkilə bilər.
18 dekabr 2012-ci ildə Türkiyə vaxtı ilə saat 19.12-də Çindən kosmosa buraxılan ''GÖKTÜRK-2'' peyki Hərbi Hava Qüvvələri Komandanlığının tərkibindəki Kəşfiyyat Peyk Taburu Komandanlığı personalı tərəfindən 24 saat idarə olunur.