Şəhzadə Diananın geyimi rekord qiymətə satıldı

18 Dekabr 2023 20:53 (UTC+04:00)

Şəhzadə Diananın paltarı hərracda 900 min funt-sterlinqə satılıb. SİA xəbər verir ki, Şəhzadə Diananın 1985-ci ildə geyindiyi qara məxmər paltarı hərracda rekord qiymətə satılıb.

İkonik paltar təxmini qiymətindən 11 dəfə baha olmaqla 904.262 funt-sterlinqə satılıb. Paltar Diananın indiyə qədər hərracda satılan ən bahalı paltarı olub. Paltarın dizaynında Jacques Azagury dizayn komandası tərəfindən diqqətlə hazırlanmış metal naxışlı ulduzlarla hazırlanıb. Bu balerina yubka Diananın İngiltərə Milli Balet Assosiasiyasına verdiyi dəstəyə və onun rəqs sevgisinə istinad sayılır.

Sevilin Abbasova