"Tarix boyu sehr, cadu, tilsim və bu qəbildən olan məsələlər olduqca ciddi bir mövzudur. Bu barədə məlumatı olmayanlar özlərini razı salmağa çalışırlar ki, guya bunlar boş uydurmalardır və ya psixoloji xəstəliklərdən qaynaqlanan qarabasmalardır, cadu yoxdur, cin yoxdur və bu kimi şeylər deyirlər, amma bunlar, əslində, var və bu, çox ciddi və təhlükəli mövzulardır. Bu işlə məşğul olduqlarını deyən bəziləri olur ki, onlar fırıldaqçılardır və bir müddətdən sonra ifşa olunurlar və məlum olur ki, bunlar bu sahənin adamı deyil. İstənilən sahədə formal mütəxəssis, saxtakarlar ifşa olunur”. Bu sözləri SİA-ya ilahiyyatçı Hacı Təyyar Hüseyinli deyib.
İlahiyyatçı bildirir ki, İslam dinindən və ya dünya dinləri tarixindən qaynaqlanan dövrlərə qədər, Hz. Musanı da misal gətirə bilərik ki, onların zamanında da cadugərlər və cadular olub: "İnsanların bu kimi şəxslərə müraciət etməsinin səbəbi onlara aktual olan mövzuların görünməyən üzünü öyrənməkdir: “İnsanlar onlara müəmmalı qalan məsələləri öyrənmək istəyir. Xəyanətləri, baş verən ikiüzlülükləri öyrənmək üçün və ya xeyirli ziyanlı, qeyri-səmimi mühitdə, evdə, çöldə, ətrafda olanları bilmək üçün falçılara müraciət edirlər. Yəni, insanlar onlara qarşı saxta münasibət və yaxud xəbəri olmayan bir düşmənçiliyi bilmək üçün müraciət edirlər. Yəni, bu kimi əməllər var, mövcuddur”.
Ləman Sərraf