Dəm qazından zəhərlənən məktəblilərin vəziyyətləri necədir? - YENİLƏNİB

18 Dekabr 2023 13:33 (UTC+04:00)

Saatlıda mikroavtobusda dəm qazından zəhərlənən məktəblilərin vəziyyətləri stabildir. Saatlı rayon xəstəxanasından SİA-ya verilən məlumata görə, tibb müəssisəsinə zəhərlənmə diaqnozu ilə 1 müəllim və 8 şagird daxil olub. Onlar müayinədən keçirilib, ilkin tibbi yardım göstərilib. Hazırda özlərini yaxşı hiss edirlər, vəziyyətləri stabildir.