BŞTİ-nin tabeliyindəki məktəblərdə təşkil edilən təmayül siniflərdə 20 mindən çox şagird təhsil alır

18 Dekabr 2023 13:04 (UTC+04:00)

2023-cü ildə ümumi təhsilin tam orta təhsil səviyyəsində təmayülləşmənin miqyası genişləndirilib. Belə ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 188 məktəbdə təşkil edilən 922 təmayül sinifdə 20 min 592 şagird təhsil alır. Bu barədə SİA-ya BŞTİ-dən məlumat verilib.

Bildirilib ki, ümumi təhsildə keyfiyyətin artırılmasına xidmət edən təmayül siniflərə şagirdlərin marağı ilbəil artmaqdadır.