Türkiyənin pop müğənnisi İrəm Derici ötən axşam Kiprdə otellərdən birində çıxış edib. SİA Türkiyə mətbuatına əsasən xəbər verir ki, İrəm Yeni il öncəsi 2023-cü il üçün fikirlərini bölüşüb: "Heç bir gözləntim yoxdur. Sağlam olmağım, pulumu qazanmağım kifayətdir. 2023-cü il karyeram üçün çox yaxşı oldu”
İrəm bir müddət əvvəl aldığı mükafatını zibilə atan türk müğənni Reynmen haqqında dediyi çirkin sözləri yenidən xatırladıb.
Müğənni bu məsələ ilə bağlı danışıb: “Mən zarafatcıl insanam. Bu gün belə yazıram, sabah onun üçün " əzizim " yazacam. O, qardaşım kimidir, aramızda mübahisə yoxdur “ - deyib.
Sevilin Abbasova