Sevilən aparıcı Elgiz Əkbər canlı yayımda dedikləri ilə diqqət çəkib. SİA xəbər verir ki, “Elgizlə izlə” proqramının aparıcısı Elgiz Əkbər canlı yayımda bunları dilə gətirib: “Yeni il günü aparıcılıq üçün 8 min manat istədim, lakin hələ də cavab yoxdur. Hələ az demişəm. Çünki əziz gündür, insan istəyir övladı ilə yeni ili qeyd etsin. Amma sən özünü məhrum edirsən ki, beş-üç manat qazanasan“ - deyərək, hər kəsi təəcübləndirib.
Qeyd edək ki, Elgiz Əkbər 1974-cü ildə Rusiya Federasiyasının Yaroslavl vilayətində anadan olmuşdur. Bakı kommersiya məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət İqtisad Universitetinin qeyri-ərzaq malları üzrə əmtəəşünaslıq fakültəsində təhsilini davam etdirmişdir. İqtisadiyyatla bağlı məqalələrlə mətbuata gəlmiş, sonradan mədəniyyət yazarı kimi tanınmışdır. Uzun müddət saytlarda, jurnallarda redaktor müavini, qəzetlərdə isə redaktor işləmişdir. 2007-ci ildə ANS TV-də “Bağlama” verilişinin aparıcısı kimi fəaliyyətə başlamışdır. “Bağlama”‚ “Elgizin Cümə Axşamları”‚ “Elgizli Axşamlar”‚ “Toy Olsun”, “Sən Tək Deyilsən”, “Adam içində”, “Günəbaxan”, hazırda isə ARB TV-də “Elgizlə İzlə” verlişinin aparıcısıdır.
Elgiz Əkbər 9 may 2015-ci ildə Əsmər xanımla evlənib.
Sevilin Abbasova