"Yalı çapkını" final edir?

18 Dekabr 2023 06:44 (UTC+04:00)

Reytinqləri yüksək olan "Yalı çapkını" serialının mövsüm sonu final edəcəyi ilə bağlı xəbərlər yayılıb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunun aktyorların istəyi olduğu deyilir.

Lakin yayım şirkəti "Tam tərsi, yeni mövsümdə də davam edəcəyik" deyə, bildirib.

Qeyd edək ki, serialın baş rollarını Mərd Ramazan Dəmirlə Afra Saraçoğlu paylaşır.