Aktrisa Serenay Sarıkaya adının eşq dediqodularında hallandığı müğənni Mert Demirlə bağlı etiraf edib. SİA xəbər verir ki, Serenay ifaçı ilə sevgi münasibətinin olduğunu təsdiqləməsə də, “Ateşe düştüm”də vokalistlik etdiyini söyləyib. Amma sosial şəbəkələrdə iki məşhurun sevgili olması ilə bağlı iddialar daha da güclənib.