“Maska” şounun ikinci bölümü yayıma gedib. SİA xəbər verir ki, bu bölümdə maskası açılan məşhur aparıcı-aktyor Azər Axşam olub.
O, qəlyan kostyumu ilə “Dəm olmuşam” mahnısını səsləndirib.
Maskası açılan zaman o “bu geyimdə məni arvadım da tanımazdı” deyərək zarafat edib.