İsrail girovların azad edilməsi üçün danışıqları davam etdirir

17 Dekabr 2023 20:37 (UTC+04:00)

İsrailin baş naziri Benyamin Netanyahu, Qəzza zolağından israilli girovların qaytarılması ilə bağlı yeni danışıqların aparıldığını dolayısı ilə təsdiqləyib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Reuters” xəbər verir.

Qeyd edək ki, məhbuslar ABŞ və Avropa İttifaqı tərəfindən terrorçu qrup kimi tanınan Fələstinin HƏMAS qruplaşmasının əlindədir. Son məlumatlara görə, Qəzzada oktyabrın 7-də İsrailin cənubuna hücum zamanı cihadçılar tərəfindən qaçırılan 100-dən çox israilli var.

Netanyahu bu müraciəti şənbə günü İsrail əsgərlərinin Qəzzada üç girovu səhvən öldürməsi xəbərindən bir gün sonra edib. Baş nazir hadisəni faciəvi ölüm və fəlakət adlandırıb.

Netanyahu xatırladıb ki, oğurlananların azad edilməsini istəyən İsrail danışıqlar qrupu HƏMAS-a davamlı hərbi təzyiq əsasında hərəkət edir.

“Reuters” qeyd edir ki, Netanyahunun çıxışından bir müddət əvvəl İsrail kəşfiyyat xidmətinin rəhbəri David Barnea Avropa ölkələrindən birində Qətərin baş naziri Məhəmməd bin Əbdül Rəhman əl-Tani ilə görüşüb. Agentliyin həmsöhbətlərinin sözlərinə görə, tərəflər Qəzzada mümkün yeni atəşkəsi və əsir götürülmüş israillilərin mübadiləsinə dair razılaşmanı müzakirə ediblər.

Nazlı