Rusiyalı sənətçi Stanislav Sadalski həmkarı Anatoli Belının şəxsiyyətindən danışıb. O, Belının satqın olduğuna inanır. Sübut üçün əsas da gətirir. Belə ki, əvvəlcə arvadını atan Belı, indi də vətənini atır.
SİA-nın əldə etdiyi məlumata görə, köhnə palan içi eşən Sadalski, bir vaxtlar aktrisa Marina Qolubun Anatoliyə aşiq olduğunu xatırlayıb.
Onun dediyinə görə, həmən ərəfədə Marina, Belıdan çox yaşlı olsa da, amma gənc ərini hər yerdə təbliğ edib.
Onun köməyi olmasaydı, Sadalski əmindir ki, Belı heç vaxt belə bir karyera qurmazdı.
Amma Anatoli neylədi? Bir balaca ayağa qalxan kimi, Marinanı boşadı.
...Və məşuqəsi ilə evləndi, hətta ona uşaq da doğdurdu. Və bir il əvvəl o, ailəsi ilə birlikdə İsrailə getdi.
Sadalskiyə görə bu əməllərinə görə, ona “vətən xaini” ayaması verilməsi haqdır...
Nazlı