Naxçıvanda təyyarə reysi gecikdiyi üçün dövlət qulluğuna qəbul imtahanı təxirə salınıb

17 Dekabr 2023 16:16 (UTC+04:00)

Naxçıvanda təyyarə reysi gecikdiyi üçün dövlət qulluğuna qəbul imtahanı təxirə salınıb. Bu barədə SİA-ya DİM-dən bildirilib.

Səhər saatlarında Bakıdan Naxçıvana uçmalı olan təyyarə reysi Naxçıvan Muxtar Respublikasında müşahidə olunan hava şəraiti ilə əlaqədar gecikdiyi üçün Naxçıvanda nəzərdə tutulan imtahanın vaxtı 24 dekabr 2023-cü il tarixinə dəyişdirilib. Namizədlər bu imtahan üçün buraxılış vərəqəsini növbəti həftə ərzində (imtahana 3 gün qalmış) çap edə biləcəklər. Yeni buraxılış vərəqələri sayta yerləşdiriləndə məlumat paylaşılacaq.