Məşhur aktyor hamam vannasında ölü tapıldı - FOTO

17 Dekabr 2023 07:11 (UTC+04:00)

"Dostlar" serialından "Chandler" rolu ilə tanınan məşhur amerikalı aktyor Matthev Perri oktyabr ayında vəfat etmişdi. SİA xəbər verir ki, onun ölüm səbəbi açıqlanıb. Belə ki, aktyorun psixoloji durumunun pozulması səbəbindən istifadə etdiyi dərmanlardan öldüyü məlum olub.

Xatırladaq ki, dərman qəbul edib vanna otağına girən məşhurun huşunu itirdiyi və hamam vannasında boğularaq öldüyü açıqlanmışdı.