Qərbin sanksiyalarına görə rusiyalı turistlər İspaniyanı demək olar ki, tamamilə tərk edərək Türkiyə, Misir və Taylanda gediblər.
SİA-nın əldə etdiyi məlumata görə, bunu Rusiyanın Madriddəki səfiri Yuri Klimenko deyib.
Onun sözlərinə görə, “birbaşa uçuşların bağlanması, viza siyasətinin sərtləşdirilməsi və bank xidmətlərinin göstərilməsində məhdudiyyətlər, şübhəsiz ki, Rusiyadan gələn turist axınının qarşısını alıb.
Diplomat TASS-a müsahibəsində qeyd edib ki, ruslar olmadan İspaniyanın turizm sənayesi 2022-ci ildə 1,8 milyard avrodan çox itirb.
...Məsləhətsiz anti-Rusiya sanksiyaları tətbiq etməklə, avropalı tərəfdaşlarımız mahiyyətcə özlərinə atəş açıblar.
Bunu rusiyalı səfir bildirib.
O, həmçinin 2022-ci ildə Rusiyadan İspaniyaya cəmi 268 min nəfərin, 2023-cü ilin ilk altı ayında isə 155 min rusiyalının səfər etdiyi barədə məlumatlara istinad edib.
2019-cu ildə pandemiya məhdudiyyətləri və sanksiyalarından əvvəl İspaniyaya 1 milyon 163 mindən çox rusiyalı turist gəlib.
Nazlı