Depardye "Fəxri Legion" ordenindən məhrum edilə bilərmi?

16 Dekabr 2023 18:55 (UTC+04:00)

Fransa hakimiyyətinin Jerar Depardye ilə bağlı hərəkətlərinə onun Rusiya ilə dostluğu səbəb ola bilər.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə aktyorun mətbuat katibi Arnaud Frilli “Moskva danışır” radiostansiyasına müsahibəsində bildirib.

Qeyd edək ki, bir müddət bundan əvvəl Fransanın mədəniyyət naziri Rima Əbdül-Malak aktyorun 2018-ci ildə Şimali Koreyaya səfəri zamanı nümayiş etdirdiyi seksizmə görə Depardyenin "Fəxri Legion" ordenindən məhrum edilə biləcəyini istisna etməyib.

Onu da qeyd edək ki, sənətçi haqqında Fransada sənədli film çəkilib, o, Depardyenin həyatından müxtəlif epizodların, o cümlədən koreyalı qadınlar haqqında zarafatlarının kadrlarını ehtiva edir.

...Mətbuat katibinin sözlərinə görə, nazirin bu sözləri rəsmi qərar kimi qəbul edilməməlidir.

...Ola bilsin ki, onun Rusiya ilə dostluğu siyasətə də təsir edir. Depardye özü də başa düşmür ki, niyə bütün bunlar birdən-birə peyda olur.

Bunu deyən mətbuat katibi qeyd edib ki, aktyor heç bir mükafat axtarmadığı üçün mükafata az əhəmiyyət verir, onun üçün önəmli olan bu il Rusiya pasportunu almasından 10 il ötür.

Nazlı