Xatun və Tolikdən gözlənilməz addım

16 Dekabr 2023 07:39 (UTC+04:00)

Aparıcı-prodüser Tarix Əliyev və müğənni Xatun MTV Azərbaycan kanalından yayımlanan "Tarixin bir günü" verilişinin canlı yayımında izləyiciləri təəccübləndirib. SİA xəbər verir ki, cütlük birlikdə canlı duet ifa ediblər. Onların çıxışı hər kəsin marağına səbəb olub.

Görüntüləri sosial şəbəkədə paylaşan Xatun, Tarix Əliyevə duet oxumağı təklif edib: "Bizi izləyənlər deyir ki, sizdə super duet alınır. Bu səninlə 2-ci canlı duetimizdir. İnşaAllah yeni duet, klip və yeni mahnı gözləyirəm səndən canım mənim".