Panin ABŞ-dakı qiymətlərdən şikayətlənərək kömək istəyir

16 Dekabr 2023 01:06 (UTC+04:00)

Rusiyanı tərk edən və hazırda ABŞ-da yaşayan aktyor Aleksey Panin ABŞ-da qiymətlərin baha olmasından şikayətlənib və pərəstişkarlarından kömək istəyib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri “Moskovski Komsomolets” yayıb.

Nəşrin məlumatına görə, aktyor sosial şəbəkələrdə əlaqə saxlayıb. Orada çoxlu maraqlı layihələrinin olduğunu və hətta rejissor Aleksandr Atanesyanla tamaşanın məşqinə başladığını da söyləyib.

Maraqlıdır ki, pərəstişkarları Paninin uğurları ilə öyündüyünü düşünürdülər, lakin sən demə, o, bu şəkildə kömək istəməyə qərar verib...

Aktyor ABŞ-da həyatın çox baha olduğunu və ona pul lazım olduğunu bildirib.

...Amerikada hər şey bahadır, ona görə də kimsə kömək etmək istəsə, cibinizə zərər verməz.

Panin pərəstişkarlarına xitabən deyib bunu.

Nazlı