Fransanın mədəniyyət naziri Rima Abdul-Malak aktyor Jerar Depardyenin davranışı ilə ölkəni biabır etdiyini bildirib. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, onun sözlərini Barrons sitat gətirir.
Nazir qeyd edib ki, sənətçinin qadınlarla bağlı açıqlamaları dövləti biabır edir. Abdul-Malak aktyorun özünü hörmətsiz və ləyaqətsiz apardığını əlavə edib, həmçinin onun davranışından şoka düşdüyünü etiraf edərək Depardyenin hərəkətlərini iyrənc adlandırıb.
...Depardyenin gələcəkdə kinoda rol alıb-almayacağına rejissorlar özləri qərar verəcəklər. Düşünmürəm ki, onun hazırda masada çoxlu təklifləri var, - deyə mədəniyyət naziri bildirib.
Daha əvvəl məlum olmuşdu ki, Jerar Depardye 2018-ci ildə Şimali Koreyaya səfəri zamanı qadınlara cinsi təcavüz edib. O, əks cinsin nümayəndələrinə qarşı əxlaqsız ifadələr işlədib, dəfələrlə tərcüməçiyə sataşıb və atçılıq mərkəzində gördüyü azyaşlı atlıya qarşı seksual ifadələr işlədib.
Qeyd edək ki, bu barədə “Depardye: Dəhşətin süqutu” sənədli filmində bəhs edilib.
Nazlı