Şeron Stoun açıq-saçıq obrazda poza verdi - FOTO

15 Dekabr 2023 02:44 (UTC+04:00)

ABŞ-li aktrisa Şeron Stoun açıq-saçıq obrazda poza verib. SİA xəbər verir ki, bununla bağlı stilist Paris Libbinin “Instagram” hesabında paylaşım edilib.

Yayımlanan ağ-qara fotoda 65 yaşlı məşhur taxta skamyada uzanaraq kamera qarşısına keçib. “Əsas instinkt”in ulduzu obrazı üçün simlərlə bəzədilmiş geniş paltar və laklı ayaqqabı seçib.

Libbinin abunəçiləri aktrisanın gənc görünüşünə heyran qalıblar.

“Həmişə olduğu kimi, çox gözəldir”, “Möhtəşəm”, “Belə gözəllikdən sonra huşumu itirdim”, “Alov”, “İnanılmaz”, - deyə paylaşımın altında istifadəçilər şərhlər yazıblar.