Renata Litvinova Rusiyanı ötən ilin yazında tərk edib. Aktrisa Parisdə məskunlaşıb. Onun Fransanın paytaxtında öz mənzili var. Ulduz 2015-ci ildə müqavilə bağlamışdı.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Litvinova özünün “Kaktus” istehsalı ilə Avropa və Baltikyanı ölkələri gəzib.
Moda fotosessiyaları təşkil edən Renata, hətta medianın yazdığına görə, uzun müddətdir dostu Zemfira (xarici agent kimi tanınır) ilə mübahisə də edir.
Deyilənlərə görə, Zemfira və Litvinova artıq sosial şəbəkələrdə bir-birlərini izləməyi dayandırıblar.
…Və ötən gün Renata Rusiyaya qayıdıb.
Litvinova öz Telegram kanalında geolokasiya ilə fotolar paylaşıb. Onun Sankt-Peterburqdakı otellərdən birində qaldığı məlum olub.
…Anama gedən yolda - evdəki kimi oyandığınız ən səliqəli “Astoriya” otelindəyəm.
Litvinova yazıb bunu.
Nazlı