Rusiyadan qolu olmayan model Avropa jurnalında rol alıb

14 Dekabr 2023 19:34 (UTC+04:00)

“Kibermodel” və rusiyalı blogger Veronika Levenets Avstriyanın dəbli “L’Officiel Austria” jurnalında rol alıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Influencer Daily” portalı məlumat yayıb.

Rusiyalı qadının fotoları Ümumdünya Əlillər Gününə həsr olunmuş buraxılışda yer alacaq. Levenets üçün mexaniki protez hazırlayan şirkət çəkilişin təfərrüatlarını paylaşıb.

Modelin jurnal üçün altı min Swarovski brilyantı ilə bəzədilmiş bionik protezlə poza verdiyi məlum olub. Yeni buraxılış bu qış satışa çıxarılacaq.

Səhifələrdə fotoşəkillərlə yanaşı, Levenets ilə müsahibə də yer alacaq. Qeyd edək ki, qız qolu olmadan doğulub - onun əlinin və qolunun bir hissəsinin aplaziyası var idi.

16 yaşında anası ilə birlikdə Moskvaya köçən Veronika, Moskva Dövlət Universitetində təhsil alıb. Və sonra televiziyada çalışıb. Nəticədə, Levenets "yeni nəslin" modeli olub - kosmetik şirkətlər və moda dizaynerləri qeyri-adi eləcə də gözəl rus qadınını görməyə başlayıblar.

Nazlı