2024-də hans rəng seçimi trend olacaq? - DİQQƏT!

14 Dekabr 2023 14:19 (UTC+04:00)

2024-cü ildə trend olacaq rəng seçimi açıqlanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki , 2024-cü ilin rəngi “Pantone” rəng institutu tərəfindən "Şaftalı tükü" rəngi olaraq müəyyən edilib. Bu rəng sülh və əmin-amanlığın göstəricisidir.

“Pantone” rəng eksperti Letrik Eisman deyir: “Həyatımızda çox qarışıqlıq yaşayırıq və bizi qidalandıran rəngə ehtiyacımız var. Bu rəng isti və rahat bir tondur. Bu ton məxmər kimi yumşaq və mehriban rəngdir, zəriflik və şəfqət hissi verir. Eyni zamanda ruha, zehnə, bədənə və ürəyə toxunur. Ön plana çıxmağa başlayan və ilin dəbli rəngləri çərçivəsində bunu təbiətə dönüş və romantika da adlandırmaq olar. Dəb rəngləri elədir ki, gündəlik iş həyatımızda və xüsusi dəvətlərdə istifadə edə bilərik. 2024-cü ilin rəngini ən dəbli saç rəngləri və aksesuar rəngləri kimi də istifadə edə bilərsiniz”.

Sevilin Abbasova