“Son illərdə insanların ən çox marağına səbəb olan mövzulardan biri də niyə haqqında danışdığımız şey çox keçmədən reklamlarda bizim qarşımıza çıxır. Hər kəsi marağlandıran odur ki, telefonumuza qulağ asırlar?”. Bu sözləri SİA-ya açıqlamasında SMM Manager (Sosial Media Marketing Mütəxəssisi) Murad Yazimov deyib.

Murad Yazimov sözlərinə belə davam edib: “Əslində, bunu edən bizim telefonumuz yox, telefona yüklü olan proqramlar və bizim o proqramlara verdiyimiz icazələrdir. Belə ki, biz hər hansısa proqramı yüklədikdə ona mikrafon icazəsi veririk və internetimiz açıq olarkən danışdığımız sözlər dinlənilir, filterlərdən keçir.
Filterlər dediklərimiz isə firmaya lazım olan (key words) yəni açar sözlərdir. Sizin danışığınızda keçən hər hansısa bir söz o açar söz ilə üst-üstə düşərsə, qarşınıza onunla bağlı reklamlar çıxarır. Sizin üçün vacib olmayan bir mövzu belə olsa danışdığınız məhsul, xidmət və s. qarşınıza çıxararaq doğurdanda ehtiyacınız varmış kimi hiss etdirib xatırlatma edir.
Bəs bunun qarşısını almaq mümkündür? Təəsüf ki, nə “İOS” nə də “Android”də bu mümkün deyil. Alabiləcəyiniz tədbir isə bildirim almanı bağlama və ya proqramı silmək ola bilər”.
Ayşən Vəli