Gülüstan Əliyeva qəzaya düşdü

14 Dekabr 2023 03:28 (UTC+04:00)

Əməkdar artist Gülüstan Əliyeva bir neçə gün öncə ağır qəza keçirib. SİA-nın əldə etdiyi məlumata görə, Sumqayıt şossesində hərəkət halında olan avtomobil qarşıda sürətini azaltmış maşınla toqquşub. Nəticədə isə zəncirvari qəza baş verib.

Avtomobil tamamilə sıradan çıxsa da, sənətçi xəsarət almayıb.