Müğənni Anna Semenoviç İnstaqramda (Meta şirkətinin sahibi Rusiyada ekstremist kimi tanınıb və fəaliyyəti qadağan edilib) yeni biznesi haqda məlumat verib.
SİA-nın əldə etdiyi məlumata görə, Anna Semenoviç qadınlar üçün "yaraşıqlı kişilər" ilə hamam açmağı planlaşdırır.
Beləliklə, Semenoviç qadın auditoriyaya yönəlmiş hamam açmağı planlaşdırır.
Sənətçi qeyd edib ki, müəssisəsinə hamam işçiləri cəlbediciliyinə görə seçiləcək.
Dediyinə görə, hamamda qadınlara xidmət edəcək yaraşıqlı kişilər lazımdır.
Qeyd edək ki, yeni hamamda əsəbi kişilər də “kisəçi” kimi işləməyə yaramayacaq.
Yeri gəlmişkən, Semenoviç həm də öz geyim markasına sahibdir. Belə ki, onun “firması” böyük ölçülü qadınlar üçün alt və çimərlik paltarları istehsal edir.
Sənətşi bundan sonra böyük büstün sahibi kimi oxşar formada olan qadınlar üçün rahat və gözəl paltar tikmək istədiyini də açıqlayıb.
Yeri gəlmişkən, Semenoviç daha çox "Brilliant" komandasında iştirak etdikdən sonra tanınıb. O, müğənnilər Janna Friske, Yuliya Kovalçuk və Kseniya Novikova ilə bir qrupda çıxış edib.
Amma 2008-ci ildə sənətçi qrupdan ayrılaraq solo karyerasına başlayıb. O, “Rumors” adlı debüt solo albomunu buraxmaqla yanaşı, 2004-cü ildən filmlərdə də rol alıb.
Nazlı