Süni intellekt qlobal ədalətsizliyi dərinləşdirmə potensialına malikdir

13 Dekabr 2023 17:56 (UTC+04:00)

Türkiyə Prezident Aparatı İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Fəxrəddin Altun süni intellekt texnologiyasının media dünyasında reallığa çevrildiyini vurğulayıb.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, paytaxt Ankarada keçirilən Mediada Süni İntellektin İdarə Edilməsi Forumunda çıxış edən F.Altun deyib: “Yeni dövr kommunikasiya və rəqəmsal əsrdir. Süni intellekt texnologiyalarının həqiqətə yönəlmiş istifadəsi üçün aktiv şəkildə çalışırıq.

Süni intellekt qlobal ədalətsizliyi daha da dərinləşdirmə potensialına malikdir. İctimai və institusional nəzarət üçün lazımi hüquqi infrastrukturu yaratmağa çalışmışıq.

Rəqəmsal media savadlılığı kontekstində atdığımız addımlardan biri dezinformasiya ilə mübarizədə qətiyyətli mövqeyimizdir.

Dezinformasiya ilə mübarizə ilə bağlı yaratmağa çalışdığımız ictimai məlumatlandırma rəqəmsal media savadlılığına yeni və institusional ölçü gətirib."